DÇ-2026-dakı məğlubiyyətdən sonra ölüm təhdidləri alan futbolçu ölkəsinə qayıtmadı İdman

DÇ-2026-dakı məğlubiyyətdən sonra ölüm təhdidləri alan futbolçu ölkəsinə qayıtmadı

Kolumbiya millisinin hücumçusu Haminton Kampas dünya çempionatından sonra vətəninə qayıtmayıb.

Xarici KİV xəbər verir ki, 26 yaşlı futbolçu sosial mediada aldığı ölüm təhdidləri səbəbindən ABŞ-də qalıb.

Kampas 2026-cı il dünya çempionatının 1/8 finalında İsveçrə ilə matçda əsas vaxtın bitməsinə 6 dəqiqə qalmış əlverişli qol imkanından yararlana bilməyib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:4 hesabı ilə uduzan Kolumbiya mundialla vidalaşıb.

Qeyd edək ki, Kolumbiya futbolunda buna bənzər ağır hadisə daha əvvəl də yaşanıb. 1994-cü il dünya çempionatından sonra Andres Eskobar ABŞ ilə oyunda avtoqol müəllifi olduğu üçün ölkəsində öldürülmüşdü.