Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
07:21
672
Amerika hərbçiləri İran ərazisinə növbəti zərbələr dalğasını başa çatdırıb, hücum təxminən beş saat davam edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Mərkəzi Komandanlıq İrana qarşı zərbələr dalğasını ABŞ-nin Şərq sahili vaxtı ilə saat 22:15-də (Bakı vaxtı ilə 06:15-də) başa çatdırıb. Beş saatlıq missiya zamanı ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hərbi obyektləri uğurla vurub", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir. Zərbələr, o cümlədən Buşəhr, Cask, Konarak, Bəndər-Abbas, Çabaharsilah şəhərlərinə və Əbu Musa adasına endirilib.
Məryəm Quliyeva