Tramp iyulun 16-da xalqa müraciətində ABŞ-İran qarşıdurmasından danışacaq Dünya

Tramp iyulun 16-da xalqa müraciətində ABŞ-İran qarşıdurmasından danışacaq

ABŞ Prezidenti Donald Tramp iyulun 16-da həmvətənlərinə ünvanlayacağı televiziya müraciətində ABŞ və İran arasındakı münaqişə mövzusuna toxunmaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

ABŞ liderinin məsləhətçiləri arasından olan mənbənin sözlərinə görə, Tramp ABŞ-dəki seçkilər mövzusuna toxunacaq, Birləşmiş Ştatlar və İran arasındakı hərbi əməliyyatlara dair son məlumatları təqdim edəcək, həmçinin vacib hesab etdiyi digər məsələlərdən danışacaq. "Bu, müxtəlif mövzuların qarışığı olacaq", — deyə məsləhətçi sözügedən müraciəti nəzərdə tutaraq qeyd edib. İranla bağlı hadisələrdən bəhs edən məsləhətçi əlavə edib: "Vəziyyət hər dəqiqə dəyişir, lakin o (Tramp), bu mövzuya toxunmaq istəyir".

Məryəm Quliyeva