Bu ilin altı ayı ərzində 166 milyon manatlıq narkotik müsadirə edilib Hadisə

Bu ilin altı ayı ərzində 166 milyon manatlıq narkotik müsadirə edilib

Bu ilin altı ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon manat kimi qiymətləndirilir.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd olunub.