19:32
714
Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) kiberhücum ittihamlarına görə Rusiya səfiri Pavel Kuznetsovu çağırıb.
Bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen məlumat verib.
"Bu gün Rusiya səfirini söhbətə çağırdım. Finlandiya Rusiyanın zərərli kiber fəaliyyətini və kiberməkanda əməliyyat mühitindən sui-istifadəni pisləyir", - o deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Fransa və Almaniyadakı səfirləri də oxşar səbəblərdən həmin ölkələrin XİN-nə çağırılıblar.
Rusiya tərəfi isə Qərb dövlətlərinin ittihamlarını mütəmadi olaraq rədd edir və əsassız adlandırır.