Rolex Rusiyaya ixracı dayandırıb Dünya

Rolex Rusiyaya ixracı dayandırıb

İsveçrənin saat və aksesuarlar istehsal edən Rolex şirkəti mallarının Rusiyaya ixracını dayandırıb..

Bu barədə "Bloomberg" agentliyinə şirkətin nümayəndəsi məlumat verib.

Nümayəndənin sözlərinə görə, hazırda şirkətin Rusiyada yalnız müstəqil yerli pərakəndə satıcılar tərəfindən satılan saatları Ukraynadakı hadisələr başlamazdan əvvəl ölkəyə gətirilib.