Ukraynada avtoqəza nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - ƏLAVƏ OLUNUB Dünya

Ukraynada avtoqəza nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Ukraynada mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 27-ə çatıb.

Trend "UNİANA"-a istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

“Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq çəninin sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır. 27-ci qurban “Mercedes Vito” mikroavtobusunun sürücüsüdür”,- deyə o, "Telegram” kanalında yazıb.

İlkin məlumatlara görə, hadisəyə mikroavtobusun sürücüsü səbəb olub.

03.05.2022 23:45 (GMT+4)

Ukraynanın Rovenskaya vilayətində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, bu barədəd Ukrayna polisi məlumat yayıb.

Qeyd olunur ki, toqquşma nəticəsində 16 nəfər ölüb, daha on nəfər yaralanıb.

Qəza yerli vaxtla təxminən 19:20 radələrində baş verib. İlkin ehtimala görə, öncə yanacaq daşıyan avtomobil beynəlxalq sərnişindaşımaları həyata keçirən avtobusla toqquşub, toqquşmanın gücündən yanğın başlayıb.

Hazırda hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.