Kobaxidze Zurabişvilinin mitinqini cinayət adlandırıb Dünya

Kobaxidze Zurabişvilinin mitinqini cinayət adlandırıb

"Belə bir hazırlıqsız təşəbbüslə çıxış edəndə heç olmasa kimdənsə soruşmalısan. Gürcüstanda 3 milyon 500 minə qədər insan Avropaya inteqrasiyanı dəstəkləyir, lakin mitinq hazırlıqsız keçirildiyi üçün cəmi 300 nəfər gəlib".

Gürcüstan mətbuatı xəbər verir ki, bunları hakim “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze İctimai Yayımçının efirində Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə Tbilisidəki Avropa meydanında keçirilən mitinqi dəyərləndirərkən deyib.

“Gürcüstan əhalisinin 85%-i Aİ-yə inteqrasiyanı dəstəkləyir və bu gün mitinqə 300 nəfər qatılıb, onlardan 200-dən çoxu prezident administrasiyasının işçiləti, səfirlər, jurnalistlər və əlavə olaraq polis məmurları. Belə bir hazırlıqsız təşəbbüslə çıxış edəndə heç olmasa kimdənsə soruşmalısan. Elementar işin texniki tərəfini götürmək üçün kimsə şəhər meriyasına nəqliyyatın məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etməli idi. Nə hərəkət məhdudlaşdırılıb, nə də insanlar gəlib.

300 nəfərlik mitinq Gürcüstan reallığında yoxdur. 3 milyon 700 min gürcüdən 85 faizi avrointeqrasiyanı, ya da 3 milyon 500 minə qədəri avrointeqrasiyanı dəstəkləyir və bu dəfə biz 300 nəfərin mitinqə çıxdığını görürük. Təəssüf ki, Salome Zurabişvili nəyəsə inanmır və sonra hər şey pis qayıdır",- söyləyən İrakli Kobaxidze əlavə edib:

“Mən bunu birbaşa deyərdim ki, 85 faiz əhalinin dəstəklədiyi avrointeqrasiya və 300 nəfərin getdiyi bir mitinq səhv deyil, bu bir cinayətdir".
Cavid