8 Sentyabr 19:09
8 Sentyabr 15:01
15:42
308
İran Tehranın elan etdiyi sulara daxil olan bütün gəmilərin Hörmüz boğazından keçməsinə birdəfəlik qadağa qoyacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elitar hissələri) nümayəndəsi Hüseyn Mohebi bildirib.
"Hər hansı bir gəmi dəqiq koordinatları əlavə olaraq elan ediləcək Hörmüz boğazının qadağan olunmuş zonasından keçərsə, həmin gəmiyə bütün dənizçilik, sığorta və logistika xidmətlərinin göstərilməsi dayandırılacaq. Həmin gəmi sonrakı cəhdlərində də Hörmüz boğazından keçid hüququndan məhrum ediləcək", — deyə "Fars" agentliyi onun sözlərindən sitat gətirir.
Mohebinin sözlərinə görə, Hörmüz boğazından şərqdə yerləşən ərazi, o cümlədən Çabahar limanı rayonları və Oman, eləcə də Ərəbistan dənizlərinin bir hissəsi qadağan olunmuş zona elan ediləcək.
Məryəm Quliyeva
15:52
196
15:40
364
14:04
532