Almaniya Ukraynaya ağır silahlar verməlidir - Bundestaqın komitə sədri Dünya

Almaniya Ukraynaya ağır silahlar verməlidir - Bundestaqın komitə sədri

Bundestaqın (Almaniya parlamenti) müdafiə komitəsinin sədri Mari-Agnes Ştrak-Zimmermann Ukraynaya səfəri zamanı bir daha Almaniya hakimiyyətini Kiyevə ağır silahlar - döyüş tankları və piyada döyüş maşınları (İFV) çatdırmağa çağırıb.

O, bu barədə DPA agentliyinə bildirib.

Xatırladaq ki, Ştrak-Zimmerman cümə axşamı Ukraynaya gəlib.

"Ölkənizi müdafiə etmək iradəsi sarsılmazdır" deyib Ştrak-Zimmerman. "Bununla belə, Ukraynanın qışdan salamat çıxmaq üçün hələ də dəstəyimizə ehtiyacı var. Bu, ilk növbədə döyüş sursatı, o cümlədən Rusiyanın mövqelərini geri çəkmək üçün piyada döyüş maşınları və ya döyüş tanklarının tədarükünə aiddir", - o iddia edib.
Cavid