Yaponiya fərdi turistlər üçün səyahət məhdudiyyətlərini ləğv edib Dünya

Yaponiya fərdi turistlər üçün səyahət məhdudiyyətlərini ləğv edib

Yaponiya hökumətinin fərdi turistlər üçün giriş məhdudiyyətlərini aradan qaldırmaq qərarı qüvvəyə minib və qısamüddətli vizaların verilməsinə qadağa da sona çatıb. Bundan əlavə, ölkəyə daxil olan insanların gündəlik sayına qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bütün bu tədbirlər ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunmuşdu.

Qeyd edək ki, sentyabrın 22-də Yaponiyanın baş naziri Fumio Kişida müvafiq qadağaların dayandırıldığını elan edib.

O, oktyabrın 11-dən ölkədə daxili turizmin stimullaşdırılması kampaniyalarına başlanılacağını, o cümlədən müxtəlif əyləncə tədbirlərinə getməsinə görə endirimlərin olunacağını vurğulayıb.