

1 İyul 13:26
NATO Baş katibinin bəyanatı alyansın Ukraynanın tərəfində vuruşduğunu təsdiqləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın Ukraynada qələbəsinin alyansın məğlubiyyəti olacağı ilə bağlı bəyanatını şərh edərkən bildirib.
"Stoltenberqin Rusiya Federasiyasının Ukraynada qələbəsinin NATO-nun məğlubiyyəti olacağı barədə bəyanatı alyansın Ukraynanın tərəfində vuruşduğunu təsdiqləyir", deyə Kremlin sözçüsü vurğulayıb.