
Tramp: ABŞ İsrail–İran münaqişəsinə müdaxilə edə bilər
15 İyun 18:55
15 İyun 18:55
15 İyun 16:33
ABŞ Prezidenti Co Bayden indiki mərhələdə Rusiya Prezidenti Vladimir Putinlə görüş tələb etməyi planlaşdırmır, lakin Vaşinqton Moskvanın məhbusların mübadiləsi ilə bağlı təkliflərini nəzərdən keçirməyə hazırdır.
Trend xəbər verir ki, bunu çərşənbə günü Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
"Prezident C.Bayden bu səhər bu barədə bir az danışıb. Özünün dediyi kimi, onun prezident V.Putinlə görüşmək niyyəti yoxdur. Və o, qəti şəkildə inanır ki, ruslar bizim verdiyimiz ciddi məhbusların mübadiləsi təklifini qəbul etməlidir və ya danışıqlar aparmaq üçün ciddi əks təklif irəli sürməlidir", - deyə K.Jan-Pyer bildirib.
Ağ Evin mətbuat katibi təsdiqləyib ki, Moskva və Vaşinqton arasında məhbusların mübadiləsinin mümkünlüyü ilə bağlı dialoq davam edir. "Biz daha əvvəl də dediyimiz kimi, müxtəlif kanallarla Rusiya ilə əlaqə saxlayırıq", - deyə K.Jan-Pyer əlavə edib.