"Ukrayna artıq alyansın faktiki üzvü olub" Dünya

"Ukrayna artıq alyansın faktiki üzvü olub"

Ukrayna ilə NATO arasında uzunmüddətli əməkdaşlıq onu deməyə imkan verir ki, ölkə artıq alyansın faktiki üzvü olub. Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib. "Mən NATO-nun baş katibi Yens Stoltenberqə Ukraynaya verdiyi dəstəyə görə minnətdaram. Biz uzun bir yol keçmişik və de-fakto alyansa qoşulmuşuq", - o, Twitter-də yazıb. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya üzv olmayacağının tanınmasının vacibliyini bəyan edib. Lakin sentyabrın sonunda o, hərbi-siyasi bloka sürətləndirilmiş şəkildə qoşulmaq üçün ərizə imzalayıb. Stoltenberq jurnalistlərin alyansın belə bir müraciətə baxmağa hazır olub-olmaması ilə bağlı birbaşa sualına cavab verməyib.

Cavid