Türkiyədə yalan məlumatlar yayan şəxslər cinayət məsuliyyəti daşıyacaq Dünya

Türkiyədə yalan məlumatlar yayan şəxslər cinayət məsuliyyəti daşıyacaq

Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə görə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət sayılacaq.
Bilə-bilə yalan məlumat yayma 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu cinayət təşkilati fəaliyyət çərçivəsində törədildikdə, cəza ikiqat artırılır.