

1 İyul 13:26
Güclü fırtına və leysan Yunanıstanın Krit adasında dağıntı törədib. Güclü sel onlarla avtomobili dənizə aparıb.
APA Yunanıstan KİV-lərinə istinadla xəbərinə görə, təbii fəlakət nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Sahil mühafizə xidməti itkin düşənlərin axtarışını davam etdirir. əhaliyə zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Adadakı beynəlxalq aeroport bağlanıb.