Sloveniyanın keçmiş xarici işlər naziri seçkilərin birinci turunda 34 faizə yaxın səs toplayıb Dünya

Sloveniyanın keçmiş xarici işlər naziri seçkilərin birinci turunda 34 faizə yaxın səs toplayıb

Sloveniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqar prezident seçkilərinin birinci turunda bülletenlərin 97,84 faizini hesablayandan sonra 34 faizə yaxın səs toplayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Dövlət Seçki Komissiyasının saytında bildirilib.

Məlumata əsasən, yerli vaxtla saat 21:25 üçün A.Loqar 33,9% səs toplayıb. İkinci yerdə bitərəf namizəd, hüquqşünas Nataşa Pirts-Musar (26,89%), Avropa Parlamentinin deputatı, "Sosial Demokratlar" Partiyası və "Azadlıq" Hərəkatından olan namizəd Milan Brqlez üçüncü yerdədir (15,46%). Koçevye bələdiyyəsinin meri Vladimir Prebiliçdir dördüncüdür (10,65%).