Moskvada 50-dən çox avtomobilin iştirakı ilə bir neçə qəza baş verib Dünya

Moskvada 50-dən çox avtomobilin iştirakı ilə bir neçə qəza baş verib

Bazar günü axşam saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin qərbində 54 avtomobil, bir motosiklet və bir avtobusun iştirakı ilə bir neçə kiçik qəza baş verib.

Bu barədə "TASS"a təcili xidmətlərdən məlumat verilib.

"54 avtomobil, bir motosiklet və bir "Mosqortrans"ın avtobusunun iştirakı ilə bir neçə kiçik qəza baş verib. Nəticədə, yenilənmiş məlumatlara görə, biri uşaq olmaqla 5 nəfər xəsarət alıb", - deyə agentlik həmsöhbəti bildirib.
Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilib. İnsanları isitmək üçün qəza baş verən ərazilərə avtobuslar göndərilib. Qəza nəticəsində Ryabinovaya küçəsində Miçurinski prospekti istiqamətində hərəkət tamamilə bağlanıb.