Fars-molla rejimin narkotik biznesi Dünya

Fars-molla rejimin narkotik biznesi

Qarabağın azad edilməsi SEPAH-ı əsas gəlir mənbəyindən məhrum edib

Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinin İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edildiyi məlum olub. Yerli saytların əldə etdiyi yeni videogörüntülərdə torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlıların üzə çıxdığı sübuta yetirilib. Qeyd edək ki, iki il əvvəl Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb. Cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi. Ümumilikdə isə Qarabağın 30 illik işğalı dövründə Azərbaycan tərəfindən dəfələrlə İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstələr ələ keçirilib. Bu barədə həm yerli, həm də xarici mətbuatda çox yazılıb.

İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, eyni zamanda narkoticarət tərəfdaşlarıdır. Onların birgə səyi ilə bir vaxtlar əsrarəngiz təbii nemətləri ilə şöhrət qazanan Qarabağ torpaqların marixuananın yetişdirdiyi məkana çevirilib. İranda narkotik maddələrin istifadəsinə qarşı sərt cəzaların kəsildiyi hər kəsə məlumdur. Belə olan halda hər gün təhlükəsizlik orqanlarının yaxaladığı bu şəxslər haradan peyda olur? Bunun arxasında İranın müəyyən qüvvələrinin xüsusi rolunun olduğu şübhə doğurmur. İran dövlətinin Qarabağ separatçılarına ticarət marşrutu “təqdim etməsi” üzə çıxandan sonra hər vəchlə çalışacaqlar ki, günahı sadə azərbaycanlıların üzərinə yıxsınlar. Lakin faktlar göz qabağındadır. Narkotik məhz oradan gətirilir. Azərbaycanın şğal olunmuş ərazilərin xarici aləmlə birbaşa quru nəqliyyat əlaqəsi yoxdur. Hava uçuşlarının da reallaşmadığı bəllidir. Elə isə yeganə nəfəslik islam ölkəsi olan İranın ixtiyarında qalır.

Məsələn, Türkiyənin nüfuzlu "Yeni safak" qəzetinin köşə yazarı Bülent Orakoğlu yazır ki, Qarabağın işğaldan azad edilməsi ilə Ermənistan-İran narkotik birliyinə də ciddi zərbə vurulmuş oldu. Müəllifin qeydlərinə görə, Azərbaycanın nəzarətinə keçdikdən sonra Qarabağda xeyli miqdarda narkotik vasitə ələ keçirilib. Qarabağda narkotik paylayıcı fabrik və Zəngilana tunelləri olan ötürmə xətti tapılıb. İşğal zamanı xəttin erməni əsgərləri tərəfindən qorunduğu da bəlli olub. Qarabağda təhlükəsizliyi təmin edən Azərbaycan əsgərləri yoxlamalar zamanı xeyli miqdarda narkotik maddə də tapıblar. Narkotiklərin becərilməsi, toplanması, emalı və paylanması üçün istifadə edilən rayon narkotiklərin tranzit mərkəzinə çevrilib. Ermənistanın işğalı zamanı nəzarətsiz vəziyyətdə olan 132 km-lik İran sərhəd xəttində hərəkət etmək asan idi. Bildirilir ki, sözügedən xətt üzrə 3 keçid məntəqəsi narkotik qaçaqmalçılığında intensiv istifadə olunur. İşğaldan təmizlənmiş torpaqlarda yenə sistemli narkotik ticarətinin tapıntıları aşkar edilib. Cəbrayıl bölgəsində İran və Ermənistanla ortaq fəaliyyət göstərdiyi müəyyən edilən narkotik paylayıcı fabrik aşkarlanıb. Narkotikin buradan Cəbrayıl və Zəngilan rayonlarında açılan tunellər vasitəsilə İrana, oradan isə Avropaya aparıldığı bildirilir. İşğal zamanı bu xəttin erməni zabit və əsgərlərinin xüsusi mühafizəsi altında fəaliyyət göstərdiyi öyrənilib.

Müəllif yazır ki, dünyada Qafqazı əhatə edən 3 narkotik xətti məlumdur. Bu xətlər - Əfqanıstan-Pakistan-İran-Azərbaycan xətti, Əfqanıstan-İran-Azərbaycan xətti və Əfqanıstan-Orta Asiya-Azərbaycan xəttidir. Azərbaycan mənbələri Əliyevin açıqlamalarından sonra bu tranzit şəbəkələrinə dördüncü marşrut kimi "Əfqanıstan-İran-Qarabağ" xəttinin əlavə edildiyini bildirir. Azərbaycanın Qarabağı azad etməsindən narahat olan İran son 2 aydır ki, bu bölgədəki ermənilərə yük maşınları ilə material və yanacaq göndərir. Azərbaycanın xəbəri olmadan Laçın dəhlizindən istifadə edilən yükdaşıma Bakının notasına baxmayaraq dayandırılmayıb.

Narkotik biznesinin SEPAH tərəfindən nəzarətə götürüldüyü də sirr deyil. Qeyri-rəsmi rəqəmlərə görə, SEPAH (İslam İnqilabı Keşikçilər Korpusu) hər il sadəcə narkotik ticarətindən 50 milyard dollar qazanıb. Beləliklə, II Qarabağ müharibəsinin nəticələri İranın hakim rejimin təhlükəsizliyini qoruyan və onun xarici ölkələrdəki fəaliyyətini təmin edən SEPAH-ı əsas gəlir mənbəyindən məhrum edib. Azərbaycanın dövlət sərhədlərinə nəzarəti bərpa etməsi uzun müddət ərzində aparılmış çirkli əməkdaşlığı bütünlüklə Ermənistanla İran arasındakı 41 km-lik dövlət sərhədinə doğru sıxışdırıb. Lakin Zəngəzur Dəhlizinin açılması ilə Ermənistanla İran arasında qanunsuz narkotik dövriyyəsinin ortaya çıxacağından qorxan rejim, bu məsələni özünün “qırmızı xətti” elan edib.

Yeri gəlmişkən, hələ 2012-ci ildə ABŞ Maliyyə Nazirliyi İran vasitəsi ilə əfqan heroininin qaçaqmalçılığına İslam İnqilabı Keşikçiləri Korpusunun generalı tərəfindən nəzarət edildiyini açıqlayıb. Məlumata əsasən, İranın cənub-şərqində Əfqanıstanla sərhədin yaxınlığında yerləşən Zahidan şəhərindəki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin o dövrkü rəhbəri General Qulamrıza Bağbaninin əfqan narkotacirlərinə ölkə ərazisindən keçməklə 3-cü ölkələrə heroin keçirilməsinə, eləcə də İrana tiryək daşınmasına kömək etdiyi bildirilir. İranın İslam respublikası adına yaraşmayan bu kimi hərəkətlərini təsdiqləyən faktlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə gündəmə gətirilib. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) məlumatlarına əsasən, aşağıdakı şəkildə, İran ərazisinə daxil olan və buradan müxtəlif istiqamətlərlə Avropaya ixrac edilən narkotik marşrutları göstərilir. Burada İran İslam Respublikasının şimal sərhədlərində qeyri-qanuni narkotik daşınmasının məhz Ermənistan və vaxtilə işğal altında olan Qarabağ əraziləri üzərindən aparıldığı bir daha təsdiqlənir.

Politoloq Vüqar Dadaşov mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə deyib ki, Tehran dövlətinin Azərbaycana qarşı narkotiklə soyqırım cəhdi Şimali Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və az qala 30 ilə qədər işğalda saxlanılması ən çox Tehran dövlətinin maraqlarına xidmət edib: “O da danılmaz faktdı ki, Azərbaycan ərazilərinin işğal edilməsi və işğalda saxlanılmasında Rusiya ilə bərabər məhz Tehran dövlətinin müstəsna xidməti olub. Azərbaycan ərazilərinin işğalda saxlanılması Tehran dövlətinin bütün milli, dövlət, ideoloji, psixoloji, siyasi, hərbi və iqtisadi maraqlarını özündə cəmləşdirirdi hərçənd ki, qeyd edilən amil və şərtlər bir-birilə sıx əlaqəlidir. İşğal faktı ilə bağlı Tehran dövlətinin milli, dövlət, siyasi, hərbi və sair maraqları ilə yanaşı, onun iqtisadi maraqlarının təmin olunma imkanından məhrum edilməsi Tehran rejiminin Azərbaycana qarşı tarixi və genetik düşmənçiliyin güclənməsinə təsir etmişdir. Azərbaycan ərazilərinin işğal dövründə Tehran dövləti ilə 130 km uzunluqda sərhədlərimizə nəzarətimizin itirilməsi Tehran dövlətinin bu ərazilərdən Ermənistan vasitəsi ilə beynəlxal narkotrafik kanalı kimi istifadə etməsi ilə ona milyardlarla dollar qazandırırdı. Fakt barəsində, işğal altında olmuş ərazilərimizin beynəlxalq narkotrafik koridoru kimi istifadə olunmasını Azərbaycan prezidenti cənab İlham Əliyev MDB-nin sammitində də qeyd edib”.

Politoloqun fikrincə, nəzərə alsaq ki, Tehran dövlətinə qarşı uzunmüddətli beynəlxalq sanksiyaların, o cümlədən iqtisadi sanksiyaların tətbiqi fonunda Tehran dövləti üçün işğalda olmuş Azərbaycan ərazilərindən narkotrafik kanalı kimi istifadəsi necə həyatı əhəmiyyət kəsb etməsini anlamaq heç də çətin deyil. Xüsusi ilə qeyd etmək lazımdır ki, Tehran rejimi dövlət səviyyəsində narkotik tranzitini, istehsalını və bundan həm iqtisadi və həm də siyasi maraqlarını təmin etmək məqsədi ilə narkotikin qeyri-qanuni dövriyəsini təşkil edən tək bir dövlətlərdəndir. Avropada tutulmuş, dövriyyədən çıxarılmış min tonlarla narkotikin 99%-nin Tehran dövlətinin iştirakı və tranziti ilə başa gəldiyi sübut edilmişdir və fakla bağlı yüzlərlə cinayət işləri başlanılıb: “Göründüyü kimi Tehran dövləti bütün bəşəriyyətə, insanlıq əleyhinə qarşı dövlət səviyyəsində cinayət edib və etməkdədir. Təkcə bir fakt, Azərbaycan işğal dövründə 130 km uzunluqda nəzarətsiz qalmış sərhədlərinə nəzarəti bərpa etdikdən sonra narkotrafik kanalından məhrum olmuş Tehran dövlətindən Azərbaycan ərazilərinə kömrük vasitəsilə narkotik həcmi və keçirmə cəhdləri 100% artıbr. Ən dəhşətlisi də odur ki, Tehran dövləti narkotik adlı bəladan Azərbaycan xalqına qarşı kütləvi məhvetmə silahı, vasitəsi kimi istifadə edir. Tehran dövlətinin xüsusi xidmət orqanlarının planlı olaraq narkotikin öz ərazilərindən maneəsiz Azərbaycan ərazilərinə keçirilməsini, onun Azərbaycan ərazilərində geniş yayılmasını, gənclərimizin və hətta məktəblilərin narkotikə cəlb edilməsini ən murdar üsullarla təşkil etməkdə təkzibedilməz saysız faktlar mövcuddur. Yeri gəlmişkən, Çin dövləti də yerli Uyğur türklərinə qarşı, gənclərinə qarşı narkotiki milli kimliyin, türk etnosunun məhv vasitəsi kimi istifadə edir. Bir mənalı, Çin dövlətinin yerli uyğurlara qarşı həyata keçirdiyi dövlət proqramları faktiki olaraq soyqırımdır və ABŞ da daxil olmaqla bir sıra ölkələr Çinin uyğurlara qarşı dövlət siyasətini soyqırım adlandırıb. Fars molla rejimi Azərbaycan xalqına xüsusəndə gənc nəsilə qarşı narkotik virusu ilə amansız müharibə aparır, faktiki olaraq isə soyqırıma cəhd edir. Ən ağrılısı da odur ki, Tehran molla fars rejiminə bilərəkdən, bilməyərəkdən xidmət edən öz vətəndaşlarımız da vardır hansı ki, Azərbaycan xalqına qarşı amansız müharibədə vətəninə, xalqına xəyanət edirlər. Tehran dövlətinin Azərbaycan xalqına qarşı hər üsuldan istifadə etdiyi müharibə hələ davam edir, ayıq-sayıq olmaq sə bizim hər birimizin çox məsuliyyətli vəzifəmizdir”.

Cavid