İŞİD-in neft biznesi Dünya

İŞİD-in neft biznesi

Əl-Ömər neft yatağında terror təşkilatının bayrağı dalğalanır

Cavid

Suriyanın şərqində, üzərindən hərbi təyyarələr uçan Əl-Ömər neft yatağı ətrafında 6 km uzunluğunda yük maşınlarının növbəsi dayanıb. Bəzi sürücülər sisternlərinə neft doldurmaq üçün bir ayadək gözləməli olurlar. Bura Suriya və İraq ərazisinin bir hissəsinə nəzarət edən cihadçı təşkilat - İŞİD-in torpağıdır.
Yatağın ətrafında satıcılar sürücülərə falafel və çay satırlar; neftə olan təlabatın artması nəticəsində bu ərazidə artıq kiosklar və çayxanalar açılıb. Bəzən sürücülər öz növbələrini gözləyərkən həftələrlə maşınlarını nəzarətsiz saxlayırlar. Bu qruplaşmaya qarşı mübarizə aparan hərbi koalisiya neft ticarətini əsas hədəfi elan etdi. Bununla belə, sözügedən ticarət hələ də davam etməkdədir. Neft qara qızıldır və məhz onun sayəsində İŞİD-in bayrağı dalğalanır, maşını qidalanır, elektriklə təchizat olunur və fanatik cihadçılar öz qonşularına təzyiq göstərə bilirlər.
ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan beynəlxalq koalisiyanı təsis etməsindən bir ildən çox vaxt keçib. Lakin Əl-Ömər neft yatağı və ən azı səkkiz neft mədənində gedən qızğın ticarət hərbi əməliyyatın iştirakçılarının qarşılaşdıqları dilemmanın simvoluna çevrildi: İŞİD nəzarəti altında olan bölgələrdə yaşayan 10 milyon insanın sabitliyini pozmadan və Qərb mütəffiqlərinə zərər vurmadan "xilafəti" necə məhv etmək olar? İŞİD-in sarsılmazlığı və ABŞ rəhbərliyi altında fəaliyyət göstərən hərbi əməliyyatın zəifliyi Rusiyaya Suriya ərazisinə cəsarətli şəkildə müdaxilə etməyə təkan verdi.
Bütün bu cəhdlərə baxmayaraq, suriyalı ticarətçilər, neft mühəndisləri, Qərb kəşfiyyatçıları ilə aparılan müsahibələrdən belə qənaətə gəlmək olar ki, bütün beynəlxalq təşəbbüslərə rəğmən, bu ticarətin sahəsinin genişlənməsi nəticəsində daim təkmilləşən, yeni bilik və təcrübə qazanan böyük neft şirkətinin təməli qoyulur. Sözügedən neft şirkəti İŞİD tərəfindən idarə olunur və getdikcə daha bacarıqlı fəhlələr, mühəndislər, təlimatcılar, menecerləri işə cəlb edilir.
Yerli ticarətçilərin və mühəndislərin hesablamalarına əsasən, İŞİD-in nəzarətində olan ərazilərdə gün ərzində 34000-40000 min barel neft istehsal olunur. Bu neft elə yerindəcə bir bareli 20-45 dollar arası qiymətə satılır. Beləliklə yaraqlılar günə ortalama 1.5 milyon dollar qazanırlar.

Neft strateji silah qismində
İŞİD-in neft strategiyası artıq uzun zamandır formalaşır. İraqın Mosul şəhəri işğal olunmamışdan öncə Suriyada 2013-cü ildə bu təşkilat yaranarkən cihadçılar anladılar ki, neft islamçı dövlətin yaranmasının başlıca dayağıdır. İŞİD-in Şurası bildirdi ki, üsyançı hərəkatının həyatda qalması və onun xəlifəti yaratmaq naminə göstərdiyi səylərinin həyata keçirilməsi üçün neft çox mühüm rol oynayır.
Vacib streteji əhəmiyyət daşıyan, lakin neft yataqlarına sahib olmayan şimal-qərb bölgəsindən Suriyanın qərbinə köçən İŞİD burada əsas əməliyyat meydanı yaratdı, buna səbəb isə İŞİD tərəfindən nəzarət olunan neftin böyük hissəsinin məhz bu ərazidə yerləşməsidir. 2014-cu ildə Mosudun süqutundan sonra cihadçılar bu əməliyyat meydanından istifadə edərək, bütün Şərqi Suriya üzərində nəzarəti ələ keçirdi.
Mosulu işğal etmək məqsədilə irəli , İraqın şimalı istiqamətində hərəkət edən İŞİD eyni zamanda İraqın şimal-şərq əyaləti Kərkükdə yerləşən Əcil və Əlas neft yataqlarına nəzarəti də ələ keçirdi. Yerli əhalinin sözlərinə görə, cihadçılar neft mədənlərini ələ keçirən kimi neft hasilatını yeniləmək və bazara çıxarmaq üçün kimi bura mühəndisləri göndərdilər.
"Onlar buna hazır idilər. Onların artıq o ərazidə maliyyə işlərinə cavabdeh olan adamları və neftin doldurulma və saxlanılma prosesini tənzimləyən texniki mütəxəssisləri var idi" , - deyə Kərkün yaxınlığındaki yerli Həvicə şəhərindən olan şeyx bildirib. O, həmçinin əlavə etib ki, terrorçular Kərkük və Mosuldan yüzlərlə sisternli avtomobil gətirdilər, daha sonra neftin hasilatına və eksportuna başladılar. Gün ərzində onlar 150 sisternli avtomobilləri doldururdular və hər biri təxminən 10000 dollarlıq neftlə dolu idi. Aprel ayında İraq ordusu bu ərazini İD-dən geri aldı. Lakin cihadçıların əsarəti altında olduğu 10 ay ərzində, cihadçılar bu ərazidən təxminən 450 milyon dollar gəlir əldə etdilər.
Zəngin xarici sponsorlardan asılı olan "Əl-Qaidədən" fərqli olaraq, İŞİD-in maliyyə gücü onun nəzarətində olan ərazilərdə istehsal olunan neftin inhisarçısı olmağına söykənir. Bu neftə orada böyük təlabat var və külli miqdarlarda istehlak olunur. İD nefti eksport etmədən belə Suriya və İraq ərazisində işğal edilmiş böyük bazarlar sayəsində digərlərini üstəliyə bilər.
Əslində, İD ərazisində istehsal olunan benzin və dizel yanacağı yalnız orada deyil, hətta suriyalı üsyançıların nəzarət etdiyi Suriyanın şimalında da alınır. Bütün bu bölgə cihadçıların yanacağı sayəsində yaşayır. Əhalinin həyat fəaliyyətini təmin edən yerli xəstəxanalar, mağazalar, traktor, avadanlıqlar, generatorlar da İŞİD-in nefti sayəsində işləyir.
Milli neft şirkəti
İŞİD-in strategiyası formalaşan dövlətin imici üzərində qurulur və bu təşkilat milli neft şirkətlərindən örnək götürərək, neft sahəsini idarə etməyə çalışır. İD-in işə götürməyə çalışdığı suriyalıların sözlərinə əsasən, bu qruplaşma təcrübəli mühəndislər axtarışındadır, onlara yaxşı əmək haqqı vəd verir və arzu edən şəxslərə öz insan qaynaqları departamentinə müraciət etmələrini təklif edir.
İD-in səyyar işçi qrupu neft yataqlarını yoxlayır, neftin hasilatını nəzarət altında saxlayır və işçiləri sorğu-sual edir. Bu qrup əvvəl Səudiyyə Ərəbistanın və ya digər Yaxın Şərq ölkələrinin neft şirkətlərində çalışan İŞİD-in üzvlərini "əmir" təyin edir. İD-dən neft alan ticarətçilər və belə yataqlarda çalışan mühəndislər bildirir ki, bu insanlar ən vacib obyektləri idarə edir.
İŞİD-in işə götürənləri həmçinin texniki mütəxəssisləri də cəlb etməkdədirlər. Onlardan biri, Raminin (bu onun əsl adı deyil) sözlərinə görə o Suriyanin Deir əz-Zor əyalətində neft sahəsində çalışırdı, daha sonra isə üsyançıların komandiri oldu. Daha sonra isə İŞİD-in hərbi əmiri onunla WhatsApp vasitəsilə əlaqə saxladı.
"O mənə söz verdi ki, mən istədiyim vəzifəni seçə bilərəm və arzuladığım əmək haqqını söyləyə bilərəm"- Rami əlavə etdi. Lakin o İŞİD-in layihəsinə tərəddüdlə yanaşırdı və buna görə də təklifi rədd edərək Türkiyəyə qaçdı.
İslamçılar, həmçinin xaricdə yaşayan havadarları arasında əməkdaşlarını axtarırlar. Mosulu işğal etdikdən sonra İŞİD-in lideri Əbu Bəkir əl-Bağdadi nəinki döyüşçüləri, hətta mühəndisləri, həkimləri və digər mütəxəssisləri qruplaşmanın cərgələrinə qoşulmağa çağırdı. Beləliklə, İraqın şimalında yerləşən Kayara şəhərində neft emal edən zavodun rəhbəri İsveşdə yaşayan misirli şəxs oldu. Bu barədə məlumatı adının çəkilməsini istəməyən Mosuldan iraqlı mühəndis verib. Neftin İD üçün əsas rol oynamasını onun qruplaşmada güc strukturlarındakı statusu da təsdiq edir.
İslamçılar əraziləri qeyri-mərkəzləşdirilmiş tendensiya əsasında idarə edir: mərkəzi şuranın təlimatlarına uyğun olaraq bu ərazilər əsasən vali (qubernatorlar) tərəfindən idarə olunur. Lakin neft sahəsi, o cümlədən hərbi əməliyyatlar və geniş mətbuat aparatının işi baş rəhbərliyin tabeliyindədir. Qərb kəşfiyyat orqanlarının yüksək rütbəli nümayəndəsinin sözlərinə əsasən, "Neftə gəldikdə onlar mütəşəkkil hərəkət nümayiş etdirirlər. Bu mərkəzləşdirilmiş və sənədləşdirilərək qaydaya salınmış əsas sahədir. Bu sahə ilə Şura məşğuldur".
Yaxın keçmişdə neftin əmiri əsl adı Fəthi Ben Aun Ben Cildi Murad olan tunisli Abu Səyyaf idi. Pentaqonun məlumatlarına əsasən bu ilin may ayında o ABŞ Xüsusi Qüvvələrinin keçirdiyi əməliyyat sırasında öldürüldü. Amerika və Avropa Xüsusi Qüvvələrinin nümayəndələrinin bəyanatlarına görə, onun üzərində İŞİD-in neft biznesinə aid vacib sənədlər tapılmışdı. Bu sənədlər İŞİD-də sənədləşmənin nə dərəcədə ciddi aparıldığını göstərdi, çünki neft quyularından alınan gəlir və xərclər tam dəqiqliyi ilə burada qeyd olunmuşdur. Həmçinin adı çəkilən sənədlər İŞİD-in qiymətlərin təyin edilmə prinsipinə praqmatik yanaşmasını da göstərdi. Bu təşkilat maksimum dərəcədə gəlir əldə etmək üçün öz ərazilərində təlabat arasındakı fərqləri təhlil edir.
Neft quyularına nəzarəti İD-in "Əmniyyət" adlanan məxfi xəfiyyəsi həyata keçirir. O gəlirlərin gərəkən yerə getməsinə nəzarət edir və vəzifə öhdəlikərindən sui-istifadə edənləri sərt şəkildə cəzalandırır. Gözətçilər nasos stansiyalarının perimetrini nefti çəkib sisternlərə vurmaq üçün nəzarətdə saxlayır. Neft çıxarılan quyular isə qoruyucu qum qalaqları ilə əhatə olunub. Neft üçün gələn hər bir ticarətçi diqqətlə yoxlanılır.
Suriyanın şimal-şərqində yerləşən Əl-Həsək əyalətindəki Əl-Cibsə neft yatağında gün ərzində 2500-3 000 barel neft hasil edilir. Ticarətçilərdən birinin söylədiklərinə əsasən, bu 75 barel neft həcmində olan 30-40 sisternli avtomobilləri hər gün doldurmaq imkanı yaradır.
İŞİD-in paylama şəbəkəsi
Lakin Əl-Ömər neft yatağı digərlərindən daha cəlbedicidir. Oradan mütəmmadi olaraq neft alan ticarətçinin sözlərinə görə, neft yatağında işlər çox ləng gedir və növbə 6 km-ə qədər uzanır, lakin buna baxmayaraq bu vəziyyət bazar iştirakçıları üçün vərdiş halı alıb. Sürücü sisternli avtomobilin nömrə nişanı və onun tutumuna dair məlumatları əks etdirən sənədi İŞİD məmurlarına təqdim edir. Onlar da öz növbələrində bu məlumatları verilənlər bazasına daxil edir və sürücüyə nömrəni verirlər.
Gözləmək məcburiyyətində olan sürücülər öz kəndlərinə qayıdır və hər iki-üç gündən bir yataq ətrafında saxladıqları maşınlarına nəzər yetirmək üçün qayıdırlar. Ticarətçilərin sözlərinə görə, təxminən bir aydan sonra sürücülərdən bəziləri sisternli avtomobillərinin yanında çadır salır və öz növbələrini gözləyirlər. Sürücülər sisterni doldurduqdan sonra onu neft emal edən zavodlara aparır, yaxud bu sisternin qiymətini artırırlar və onu qərb şəhərlərinə, məsələn Hələb və ya İdlibə aparan vasitəçilərə satırlar.
Amma İŞİD-in neftdə bəxtinin gətirməsi uzunmüddətli olmaya bilər. Koalisiyanın atdığı bombalar, Rusiyanın müdaxiləsi və neftin aşağı düşən qiyməti gəlirlərin azalması ilə nəticələnir. Lakin Suriya yataqlarının tükənməsi İŞİD-in neft hasilatı üçün ən böyük təhlükədir. Cihadçılar xarici şirkətlərdə olduğu kimi müasir texnologiyaya sahib deyillər və nəticə etibarı ilə tükənmə prosesini dayandırmaq gücünə də malik deyillər. Bundan başqa, İŞİD-in də hərbi əməliyyatları aparmaq üçün yanacağa ehtiyacı var, bu da öz növbəsində o anlama gəlir ki, satışa çıxarılan neftin miqdarı azalır.