Qazaxıstan hökuməti istefa verib Dünya

Qazaxıstan hökuməti istefa verib

Qazaxıstanın baş naziri Serik Axmetov istefa qərarını açıqlayıb.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, S.Axmetov hökumətin iclasında istefasının dövlət başçısı tərəfindən qəbul edildiyini bildirib.
Qazaxıstan qanunvericiliyinə əsasən, Nazirlər Kabineti sədrinin istefası bütövlükdə hökumətin istefası deməkdir.
Yeni təyinatlar olanadək nazirlər öz səlahiyyətlərini icra edəcəklər. Qeyd edək ki, S.Axmetov 2012-ci ilin sentyabrından Qazaxıstan baş nazirinin postunu tuturdu.