Slovakiya müsəlman miqrantları ölkəyə buraxmayacaq Dünya

Slovakiya müsəlman miqrantları ölkəyə buraxmayacaq

Slovakiya hökuməti müsəlman miqrantların ölkəyə buraxılmaması ilə bağlı qərar qəbul edib. Buna səbəb Almaniyanın Köln şəhərində yeni il gecəsi baş verən zorakılıq hadisəsi olub.
Slovakiya baş naziri Robert Fiko paytaxt Bratislavada konfrans zamanı verdiyi açıqlamada belə deyib. "Almaniyada yaşananların Slovakiyada təkrarlanmasını istəmirik" deyən nazir müsəlman qaçqınlara "qapıları" bağlayıb. (anspress)
Almaniyanın "Die Zeit" qəzetinin internet səhifəsində yer alan xəbərə görə, nazir miqrantların yerli əhali ilə uzlaşmasının mümkünsüz olduğunu bildirib.
Hələ ötən ilin dekabrında Slovakiya Avropa İttifaqının miqrantları müəyyən çərçivə daxilində Aİ-də paylaşılması fikirlərinə etiraz edib.
Qəzetinin yazdığına görə, hazırda miqrant qəbul etməyən Slovakiyaya 2015-ci il ərzində yalnız 169 insan müraciət edib. Onlardan 8-nin istəyi qəbul edilib. İraqdan gələrək müraciət edən 149 xristian isə müraciətinə cavab gözləyir.
Bundan sonra miqrantlara heç bir yardımın edilməycəyini də açıqlayan Slovakiya hökuməti sərhədlərinin təhlükəsizliyini artıracağını bəyan edib.
Polşa baş naziri yardımçısı Piotr Glinski də Almaniyada baş verənlərdən sonra açıqlama verərək yalnız müharibədən qaçan qadın və uşaqlara sığınacaq verəcəklərini bilidirib.
Almaniyanın Köln şəhərində bayram gecəsi şəhərdə məskunlaşmış və əsasən, Şimali Afrika ölkələrindən olan 1000-ə yaxın qaçqın kişi qruplara bölünərək, gəzintiyə çıxmış qadınları əhatəyə alıb onları qarət edib və seksual təzyiqlər göstərib.