20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
11 Yanvar 2023 13:27
2 996
Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusununn bir neçə dəfə gündəmdə olduğunu söyləyib: "Lakin hər hansı missiya yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir:
“Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.
20 İyul 22:39
973
20 İyul 21:32
966
20 İyul 21:29
1 176