
“Mina təhlükəsi var”
14:43
Gürcüstan Parlamentinin yaxınlığında etirazçılarla polis arasında qarşıdurma baş verib, saxlanılanlar var
Gürcüstanda parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı 36 nəfər saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, saxlanılanlara qarşı Gürcüstan İnzibati Xətalar Məcəlləsinin ictimai asayişi pozma (166) və polisin qanuni tələbinə məhəl qoymama (173) maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, aksiya iştirakçıları parlamentin komitə iclasında müzakirəyə çıxarılan “xarici agentlər haqqında” qanuna etiraz ediblər.