İranda 500-ə yaxın tələbə zəhərlənib Dünya

İranda 500-ə yaxın tələbə zəhərlənib

İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərlənib

3 aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda adətən qız məktəblərində bu gün yüzlərlə şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

500-ə yaxın tələbədə ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi zəhərlənmə əlamətləri müşahidə edilib.

Zəhərlənən tələbələrin əksəriyyətinin evə buraxıldığı, müalicəsini davam etdirənlərin vəziyyətinin yaxşı olduğu bildirilib.