

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1060 hərbçisini itirib.
"Xalq Cəbhəsi" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 154 830 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 11 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Cavid