

Hamburqda "Yehova Şahidləri" dini təşkilatının (Rusiya Federasiyasında ekstremist kimi tanınıb və fəaliyyəti qadağan edilib) yerli mərkəzində atışma nəticəsində azı 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilib ki, 6 ölü haqqında daha əvvəl məlumat alınmışdı.
Hadisə Alsterdorf şəhər ərazisində baş verib. "Bu gün saat 21:00 radələrində bir və ya bir neçə naməlum şəxs kilsədəki insanlara atəş açıb", - polisin açıqlamasında deyilir. Hüquq-mühafizə orqanları insanları yaxınlıqdakı küçələrdə evdən çıxmamağa çağırıb.
Hamburger Morgenpost-un məlumatına görə, 7 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hücum edənin motivləri və konkret şəraiti hələlik məlum deyil.
Cavid