“Freddy” qasırğası yüzdən çox adamın ölümünə səbəb olub Dünya

“Freddy” qasırğası yüzdən çox adamın ölümünə səbəb olub

“Freddy” qasırğası Mozambik və Malavidə ciddi dağıntılara səbəb olub.

Şiddətli külək binaları uçurub, infrastruktura ziyan vurub.

Mozambikdə qasırğanın təsirinə məruz qalan ərazilərdə azı yüz nəfər həlak olub. Malavidə ölənlərin sayı 10 nəfəri keçib. Hər 2 ölkədə onlarla adam xəsarət alıb.