Gürcüstan parlamentinin qarşısında Aİ-nin bayrağı yenidən qaldırılıb Dünya

Gürcüstan parlamentinin qarşısında Aİ-nin bayrağı yenidən qaldırılıb

Gürcüstan parlamentinin qarşısında yenidən Avropa İttifaqının (Aİ) bayrağı qaldırılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, patrul polisi əməkdaşları qanunverici orqanın qarşısındakı bayraq dirəyində yenidən Aİ bayrağını qaldırıb.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən radikal-millətçi qrup “Alt-İnfo” bu gün parlament qarşısında keçirdiyi aksiya zamanı Aİ bayrağını dirəkdən endirərək yandırıb.