Aİ yeni sanksiyalar tətbiq etmədən Rusiyadan təbii qazın tədarükünü əngəlləyə biləcək Dünya

Aİ yeni sanksiyalar tətbiq etmədən Rusiyadan təbii qazın tədarükünü əngəlləyə biləcək

Avropa İttifaqı üzv dövlətlərə yeni sanksiyalar tətbiq etmədən Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalını əngəlləmək imkanı verən mexanizm yaratmaq niyyətindədir.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Bloomberg əlində olan sənədə istinadən məlumat yayıb.

Xüsusilə, Aİ ölkələrinin energetika nazirləri öz hökumətlərinə Rusiya ixracatçılarına mayeləşdirilmiş təbii qazının təchizatı üçün lazım olan infrastruktur obyektlərini əvvəlcədən sifariş etməyi müvəqqəti qadağan etmək hüququ verən təklifi təsdiqləməyə hazırdırlar. Bununla belə, ayrı-ayrı dövlətlər belə bir mexanizmi işə salmaq üçün cəmiyyətin digər üzvləri və Avropa Komissiyası ilə məsləhətləşmələr aparmalı olacaqlar.

Agentlik qeyd edir ki, bunun nəticəsində Aİ-nin Rusiyadan enerji asılılığını daha da azaldacağı gözlənilir.

Cavid