Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib Dünya

Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib

Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətin dediyinə əsasən, MiQ-29 qırıcı təyyarə ekipajları təlim uçuşları çərçivəsində müasir hava döyüşlərinin aparılması üsullarını məşq ediblər.

Həmçinin qeyd olunub ki, Cənub Hərbi Dairəsinin tankçıları Alagəz dağlıq poliqonunda motoatıcı hərbi birləşmələrə atəş dəstəyi verib.