Britaniyada qanunsuz miqrantlar keçmiş hərbi bazalarda yerləşdiriləcək Dünya

Britaniyada qanunsuz miqrantlar keçmiş hərbi bazalarda yerləşdiriləcək

Britaniyada keçmiş hərbi bazalar miqrantları yaşayış yerlərləri ilə təmin etmək üçün istifadə ediləcək
Üç hərbi bazanın miqrantların yerləşdirilməsi və otellərdən istifadənin azaldılması üçün istifadəsi planlanır.

Bu barədə immiqrasiya naziri Robert Cenrik məlumat verib. O, Lincolnshire və Essexdəki keçmiş hərbi bazaların, həmçinin Şərqi Susseksdəki başqa bir bazanın bir neçə min miqrantı saxlamaq üçün istifadə edilə biləcəyini deyib. Nazir hökumətin bu imkanların uyğunluğunu araşdırdığını əlavə edib.

O bildirib ki, çox sayda kiçik qayıqlarla Britaniyaya gələn miqrantlar sığınacaq sistemini alt-üst etdir. Robert Cenrik hökumətin qeyri-qanuni miqrantların rifahını Britaniya xalqından üstün tutmayacağını da əlavə edib:

"Miqrantların yaşayacağı yerlər əsas yaşayış ehtiyaclarını qarşılamalıdır və bundan artıq heç nəyi yox. Çünki biz köçkün olan və daha yaxşı iqtisadi perspektivlər axtaran milyonlarla insan üçün maqnit olmaq riskini daşıya bilmərik", - deyə nazir bildirib.

Hökumət qeyd edib ki, miqrantlar üçün otellərə gündə 6,2 milyon funt sterlinq xərclənir və insanların sıx toplaşdığı ərazilər isə yerli xidmətlərdən əziyyət çəkir.