Gürcüstanda çaxnaşma planlaşdırılır Dünya

Gürcüstanda çaxnaşma planlaşdırılır

Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamağın vaxtını uzatmasının əsas səbəblərindən biri Türkiyədə keçirilən parlament və prezident seçkiləri idi. Türkiyə seçkiləri ermənilərin ümidini puç etdikdən sonra son ümidləri Gürcüstanda hakimiyyətin dəyişməsinə qaldı. Faktiki olaraq hər üç tərəfdən türklərlə əhatə olunan Ermənistanın yeganə yolu Gürcüstanda daxili qarşıdurma yaratmaqla erməni separatizmini sürətləndirərək Cavaxetiya bölgəsindən İmereti üzərindən Urekiyə, yəni Qara dənizə çıxmaq cəhdi olacaq.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu Gürstan Naminə Siyasi Partiyanın sədri Fazil Əliyev deyib.

O, qeyd edib ki, Rusiya Ukrayna cəbhəsində mövqelərini itirən NATO və Qərbin istənilən halda bu payız Gürcüstanda yeni bir inqilaba cəhd edəcəyi çox real görünür. Tələbələrin mart etirazları, hazırlığı və kütləviliyi Qərbin yatmadığından və Gürcüstanda çox ciddi işlər görməsindən xəbər verir. Gürcüstanda planlaşdırılan kütləvi destabilizasiyalar Ermənistan üçün hava-su kimi lazım olduğundan Gürcüstan ermənilərinin yüksək aktivliyi gözləniləndir. Onların "soyqırımla" ,əlaqəli Tbilisi, Cavaxetiyada keçirdikləri kütləvi aksiyalar sanki nəyəsə hazırlığı xatırladırdı.
Larinin sürətlə dəyərdən düşməsi, qiymətlərin bahalaşacağı, Oçneba iqtidarının sürətlə reytinqini itirməsi, 3-cü siyasi qüvvələrin, Prezident xanımın aktivləşməsi bu payız Gürcüstanda siyasi auranın çox qaynar olacağından xəbər verir.
Hakimiyyətdaxili çəkişmələr, kriminogen vəziyyətin katastrofik durumu, dövlət strukturlarının qeyri adekvatlığı, qarşı tərəfin şanslarını artırır.

Ümidsiz və sahibsiz vəziyyətdə qalan Gürcüstan türklərinin də bu vəziyyətdə hakimiyyəti dəstəkləyəcəyi real görünmür.

Cavid