Administrasiya rəhbəri: Kaxovka bəndinin dağıdılmasından sonra 600 kv.km ərazi su altında qalıb Dünya

Administrasiya rəhbəri: Kaxovka bəndinin dağıdılmasından sonra 600 kv.km ərazi su altında qalıb

Ukraynanın Xerson regionunda Nova Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılmasından sonra 600 kvadrat kilometr ərazi su altında qalıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Xerson regional hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram paylaşımında bildirib.

O, suyun səviyyəsinin orta hesabla 5,61 metrə çatdığını qeyd edib. Dnepr çayının şərq sahilinin nisbətən yüksəkdə olan qərb sahilinə nisbətdə daha çox daşqına məruz qaldığı bildirilib.

Qeyd olunub ki, su altında qalan bütün ərazinin 68 faizi çayın şərq sahilində, 32 faizi isə qərb sahilindədir.

Təhlükə zonasından təxminən 2000 nəfərin təxliyə edildiyi bildirilir.