Kılıçdaroğlu da Ərdoğana “hə” dedi Dünya

Kılıçdaroğlu da Ərdoğana “hə” dedi

CHP lideri Kamal Kılıçdaroğlu İstanbulun Yeniqapı meydanında baş tutacaq "Demokratiya və Şəhidlər" mitinqində iştirak edəcək.
Bu barədə partiyanın idarə heyətinin toplantısında qərar verilib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalı və Kılıçdaroğlunu mitinqə dəvət etmişdi. Baxçalı təklifi qəbul etsə də, Kılıçdaroğlu mitinqə qatılmayacağını, nümayəndə göndərəcəyini açıqlamışdı.