11:32
602
Çin ABŞ-nin Rusiya neft və qazının ən böyük alıcılarına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinə qəti şəkildə qarşı çıxır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Ciyan brifinqdə ABŞ-nin yeni qanun layihəsi ilə bağlı sualı şərh edərkən bildirib.
"Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır", — deyə o qeyd edib.
Məryəm Quliyeva