Praqa yaxınlığında iki avtobus toqquşub: 17 yaralı var Dünya

Praqa yaxınlığında iki avtobus toqquşub: 17 yaralı var

Praqa yaxınlığındakı Liditse qəsəbəsində avtobusların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ČTK" informasiya agentliyi məlumat yayıb.

Zərərçəkənlərdən biri orta-ağır dərəcəli xəsarətlər alıb – o, tibbi xidmət helikopteri ilə Praqa xəstəxanalarından birinə çatdırılıb. Agentliyin məlumatına görə, avtobusların toqquşması yerli vaxtla təxminən saat 07:00-da baş verib. Polis hadisə yerində avtonəqliyyatın hərəkətini dayandırıb və qəzanın səbəblərini araşdırır.

Məryəm Quliyeva