Rusiya MN: Gecə ərzində Ukraynaya məxsus 93 PUA məhv edilib Dünya

Rusiya MN: Gecə ərzində Ukraynaya məxsus 93 PUA məhv edilib

Rusiya HHM vasitələri gecə ərzində Rusiya Federasiyasının regionları, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində Ukraynaya məxsus 93 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Gecə ərzində, cari ilin 14 iyul Moskva vaxtı ilə saat 20:00-dan 15 iyul saat 07:00-dək olan müddətdə növbətçi HHM vasitələri tərəfindən Belqorod, Bryansk, Kursk, Rostov vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım Respublikası əraziləri, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində Ukraynaya məxsus təyyarə tipli 93 pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib", — deyə Müdafiə Nazirliyindən bildirilib.

Məryəm Quliyeva