Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb
İsraildə hərbçilərə hücum planlaşdıran şübhəlilər saxlanılıb
Ukrayna ordusu Rusiyanın "kölgə donanması"na aid 20 gəmini vurduğunu bildirib
Slovakiya şirkətləri Azərbaycan bazarında uzunmüddətli tərəfdaşlıq axtarır
Milli Məclisin nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək
08:17
1 449
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb, hücum zamanı onlarla hədəf vurulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM iyulun 14-də ABŞ-nin Şərq sahili vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə iyulun 15-i saat 06:00-da) Hörmüz boğazı yaxınlığında və İranın sahilyanı rayonlarında onlarla hədəfi vuraraq İrana qarşı əlavə zərbələr raundunu başa çatdırıb", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda bildirilir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin hücumun yeddi saat davam etdiyini bildirib.
"Yeddi saatlıq hücum dalğası zamanı ABŞ qırıcıları, pilotsuz uçuş aparatları və gəmiləri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın raket və dron poliqonlarına, hərbi dəniz qüvvələrinin vasitələrinə və sahil müdafiə sistemlərinə zərbələr endirib", — deyə komandanlığın "X" səhifəsində qeyd olunub.
Məryəm Quliyeva