Tramp İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməyi müzakirə edib​​​​​​​ Gündəm

Tramp İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməyi müzakirə edib​​​​​​​

ABŞ Prezidenti Donald Tramp Tehranı Vaşinqtonun tələblərinə boyun əyməyə məcbur etmək məqsədilə İrana qarşı hərbi əməliyyatların miqyasının genişləndirilməsi imkanını öz administrasiyasının əsas rəsmiləri ilə müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Axios" portalı yayıb.

Nəşrdə qeyd olunduğu kimi, Tramp iyulun 14-də Ağ Evin Situasiya otağında bu məsələ ilə bağlı müşavirə keçirib. Müşavirədə İranda ABŞ qüvvələrinin hazırda "Hörmüz boğazı rayonunda endirdiyi zərbələrdən daha geniş miqyaslı" əməliyyatın keçirilməsi müzakirə olunub. "Tramp, görünür, İran rejiminə Hörmüz boğazını açması və nüvə sahəsi ilə bağlı tələblərinə güzəştə getməsi üçün kifayət qədər zərər vurmaq məqsədilə müharibədə eskalasiyaya getməyə hazırdır", — deyə materialda vurğulanır.

Portalın məlumatına görə, müşavirədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, MKİ-nin direktoru Con Retkliff, xüsusi nümayəndə Stiv Uitkoff və digər şəxslər iştirak ediblər. Müşavirədə "Hörmüz boğazındakı İran hədəflərinə endirilən zərbələrə əlavə olaraq, İranın strateji obyektlərinə dağıdıcı zərbələrin" endirilməsi imkanı müzakirə edilib.

Məryəm Quliyeva