SEPAH ABŞ-nin İordaniyadakı aviabazasına ikinci dəfə hücum edib Gündəm

SEPAH ABŞ-nin İordaniyadakı aviabazasına ikinci dəfə hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) qüvvələri ABŞ-nin İordaniyadakı "Əl-Əzrək" aviabazasına qarşı ikinci hücum dalğasını həyata keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində "F-18" qırıcılarının dislokasiya yerləri və ABŞ ordusunun hərbi texnikasının saxlanıldığı irihəcmli anqarlar vurulub.

Məryəm Quliyeva