DÇ-2026: İngiltərə və Argentina final uğrunda qarşı-qarşıya İdman

DÇ-2026: İngiltərə və Argentina final uğrunda qarşı-qarşıya

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün ikinci finalçı müəyyənləşəcək.

Yarımfinalın ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.

Atlanta stadionunda keçiriləcək qarşılaşmanı ABŞ-dan olan FIFA referisi İsmayıl Elfath idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu görüşün qalibi iyulun 19-da keçiriləcək finalda İspaniya ilə qarşılaşacaq. Məğlub tərəf isə Fransa ilə üçüncü yer uğrunda mübarizə aparacaq.

DÇ-2026
Yarımfinal
15 iyul

23:00. İngiltərə – Argentina
Atlanta stadionu

Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək.