11:48
651
Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniya rəsmi qurumunun bəyanatında deyilir.
"Bu gün xarici işlər nazirinin tapşırığı ilə İran İslam Respublikasının Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər, Birlik və İnkişaf Ofisinə çağırılıb. Cənab Əli Nəsimfər mart-may ayları arasında Avropada törədilən bir sıra hücumların əlaqələndirilməsində SEPAH-ın "Əl-Qüds" qüvvələrinin rolu ilə bağlı çağırılıb", — deyə Birləşmiş Krallıq XİN-in press-relizində bildirilir.
Britaniya tərəfinin iddialarına görə, SEPAH-ın fəaliyyəti "Böyük Britaniya və müttəfiqlərinin təhlükəsizliyini sarsıtmağa yönəlib".
İyulun 13-də Böyük Britaniya İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan olunmuş təşkilat elan edib.
Məryəm Quliyeva