SEPAH ABŞ-nin Küveytdəki hərbi təminat mərkəzini məhv etdiyini bildirib Dünya

SEPAH ABŞ-nin Küveytdəki hərbi təminat mərkəzini məhv etdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) qüvvələri ABŞ Silahlı Qüvvələrinin Küveytin Mina-Abdullah rayonundakı maddi-texniki təminat və dəstək mərkəzinin "raket zərbəsinə məruz qaldığını və məhv edildiyini" bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

SEPAH-ın bəyanatına əsasən, ABŞ İrana qarşı "düşmənçilik hərəkətlərinə" son qoyana qədər Hörmüz boğazı bağlı qalacaq.