

Qərb postsovet məkanında özünün dağıdıcı xəttinin nəzərəçarpacaq uğursuzluqlarına baxmayaraq, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin işlərinə kobud şəkildə müdaxilə etmək vərdişindən əl çəkmir.
Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Minskdə keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasının iştirakçıları ilə görüşündə deyib.
Narışkin Qərb dövlətlərinin etnik separatizm və ksenofobik əhval-ruhiyyəni qızışdırmaqla MDB ölkələrinin mövcud güc sistemlərini sarsıtmaq cəhdlərinin artması ilə bağlı xüsusi narahatlığını ifadə edib.
Cavid