Kerrinin “liderlər hazır deyil” ifadəsi nəyə hesablanıb? Dünya

Kerrinin “liderlər hazır deyil” ifadəsi nəyə hesablanıb?

Arzu Nağıyev: "Bəyanat əsasən ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gəlməməsindən irəli gəlir"

Tural Əliyev: "Bu mesaj təkcə münaqişə tərəflərinə deyil, Rusiyaya da qarşı hesablanmış fikirdir"

Məhəmməd Əsədullazadə: "Bu, aparılan danışıqlara zərbədir"

Əli Orucov: "Bu göstərdi ki, həsdər dövlətlərin münaqişənin həlli ilə bağlı ümumi fikirləri yoxdur"

"ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması Azərbaycanda etiraza səsbəb olub. İctimaiyyətlə yanaşı, rəsmi Bakı da Kerrinin bu açıqlamasına narazılıq bildirilib.
Azərbaycan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, bu açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil: "ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir...".
Ümumiyyətlə, Kerri bununla nə demək istəyib?
Politoloq Arzu Nağıyev bildirib ki, ABŞ Dövlət katibi Con Kerrinin bu bəyanatı əsasən ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gəlməməsindən irəli gəlir. İndiki vəziyyətdə Suriya hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana atdığını qeyd edən politoloq Arzu Nağıyevin fikrincə, münaqişənin hərbi yolla həlli Azərbaycann xeyrinə ola bilər: "Düşünürəm ki, ABŞ Dövlət katibi Con Kerrinin bu bəyanatı əsasən ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gəlməməsindən irəli gəlir. Bundan sonra məhz Rusiyanın nüfuz qazanmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq istəyi də nəticə vermədiyi üçün ABŞ artıq öz iradlarını burada da bildirməyə başlayır. Maraqlısı odur ki, hər iki dövlət ATƏT-in Minsk qrupunda təmsil olunurlar. Məlumdur ki, ABŞ-da noyabrda prezident seçkiləri keçirilməlidir və hazırki ABŞ iqtidarı gələcəkdə qınaq obyekti olmamaq üçün bu cavabdehliyi kiminsə üzərinə qoymalıdır. Buna görə də beynəlxalq qurumlar ermənilər və onların havadarlarının qeyri-konstruktiv addımlarına reaksiya verməlidirlər. Bir daha qeyd edərdim ki, Azərbaycan tərəfi ərazi bütövlüyümüz çərçivəsində istənilən danışıqda iştirak etməyə hazırdır və münaqişənin dondurulmuş halda saxlanması Ermənistanın xeyrinədir. Bu həm səhra komandirlərindən ibarət hakimiyyət nümayəndələrinin, həm də onların havadarlarının əsas məqsədi və məramıdır. Hazırda Suriya hadisələri Dağlıq Qarabağ münaqişəsini təbii ki, ikinci plana çəkib. Çox təəssüf ki, dünyada bu qədər uzanan münaqişə ocağı demək olar ki, yoxdur. Hərbi yolla münaqişənin həlli Azərbaycanın xeyrinə nəticələnə bilər,bu isə itkilər və bir sıra digər hadisələrlə müşaiyət oluna bilər. Daha doğrusu, bu iki dövlət arasında gedən müharibə yox, regionun alovlanmasına gətirib çıxarar. Məhz buna görə də BMT və digər beynəlxalq qurumların qərarları və qətnamələri çərçivəsində münaqişənin həllinə üstünlük verilməlidir və bu qurumlar da təcavüzkar ermənilər və onların havadarlarına iqtisadi və siyasi təzyiqləri artırmalıdırlar".
Politoloq Tural Əliyev isə "yadınızdadırsa, apreldə 4 günlük müharibə zamanı nəinki ATƏT-in həmsədr ölkələri, hətta apaıcı dünya dövlətləri ard-arda bəyanatlar verməyə başladilar". –deyə bildirdi: "Münaqişənin həllinin vacibliyini qeyd etdilər. 2016-ci il iyun ayında 3 həmsədr ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görsüşü baş tutdu. Təəccüb doğuran məqam odur ki, həmin görüs zamanı ABŞ dövlət katibi Con Kerri belə bir bəyanatı orada səsləndirmədi. Bu cür bəyanatın səslənməyi siyasi və hüquqi cəhətdən səhvdir. İki vacib amil burada qeyd olunmalıdır. 1. İşğal edənlə işğala məruz qalan arasında heç bir fərq qoyulmayıb. 2. Azərbayan tərəfinin hazır olmaması dedikdə nə nəzərdə tutulur? Konkretlik yoxdur. Zənnimcə bu mesaj təkcə münaqişə tərəflərinə deyil, Rusiyaya qarşı hesablanmış fikirdir. Rusiyanın münaqişənin həllində fəallığı, hər iki tərəfə silah satması ABŞ-ı narahat etməyə bilməz. Həmçinin bəyanatın başqa bir tərəfi odur ki, münaqişənin uzun müddət davam etməsinə işarədi. Sonda onu da qeyd etmək istərdim ki, Azərbaycan tərəfi istənilən halda öz ərazi bütövlüyünü güc yolu ilə həll edə bilər. Beynəlxalq hüquq normaları bizə imkan verir".
Analitik Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın təşəbbüsü ilə yayda keçirdikləri görüşlər müəyyən istiqamətdə irəlləməkdə idi. Onun fikrincə, son iki ayda yüksək səviyyədə görüşlər keçirilməsə də diplomatik kanallarla proses gedir: "Rusiyanın Cənubi Qafqazda xüsusən Qarabağla bağlı dominantlığı ABŞ-da görünür narahatlıq yaradır. Suriyada hər iki ölkənin müəyyən müddətə danışıqlar aparması, ABŞ Qarabağ münaqişəsində Rusiyanın roluna qarışmırdı. Rəsmən bəyanatlar verməklə, münaqişənin danışıqlar və sülh yolu ilə həllini vurğulayırdı. Suriya ilə ABŞ arasında son günlər anlaşılmazlıq, iki ölkə arasında danışıqların dayanması və ziddiyət təşkil etməsi, ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiyanın Cənubi Qafqazda əsas problem olan Qarabağ münaqişəsində moderatorluğunu sual altına alaraq, əsas danışıqları münaqişə vəziyyətində olan liderlərin üzərinə qoyması, birbaşa aparılan danışıqlara zərbədir. Bununla ABŞ Rusiyanın bu problemin öhdəsindən gələ bilməyəcəyini vurğulayır. Həmçinin Rusiyanın Cənubi Qafqazda güclənməsini narahatlıqla izləyir. Kerri zamanla anti-Azərbaycan mövqe sərgiləyir. Və Kerrinin açıqlaması ABŞ-ın Minsk qrupunda fəaliyyətinin mənasız olduğunun göstəicisidir. Qarabağ artıq, regional deyil, böyük dövlətlərin maraq dairəsində olan münaqişədir".
Siyasi ekspert Əli Orucov diqqətə çatdırdı ki, Kerrinin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi son bəyanatı ABŞ-ın ATƏT-in Minsk qrupunun sülh planı ilə bağlı olan münaibətini çılpaqlığı ilə ortaya qoydu: "Bu göstərdi ki, nə ABŞ-in, nə Fransanın, nə də Rusiyanın münaqişənin həlli ilə bağlı ümumi fikirləri yoxdur. Eyni zamanda, həmin dövlətlər maraqlarını bir-birlərinə güzəştə getmək istəmirlər".

Əli