“Google” 10 milyon dollar mükafat verib Dünya

“Google” 10 milyon dollar mükafat verib

“Google” təhlükəsizlik zəifliklərini tapan etik hakerləri mükafatlandırıb.

Trend-in məlumatına görə, 2023-cü ildə dünya üzrə 630-dan çox tədqiqatçıya 10 milyon dollar ödənilib.

Bu tədqiqatçılar “Android”, “Wear OS” və digər məhsullarda boşluqları müəyyən ediblər. “Google” ümumilikdə 59 milyon dollar ödəyib.

O, həmçinin süni intellekt xidmətlərini proqrama daxil etməklə zəifliklərin aşkarlanması proqramını genişləndirib.