“Ukrayna üzərində nəzarəti əldə etməyənə qədər dayanmaq niyyətində deyilik” Dünya

“Ukrayna üzərində nəzarəti əldə etməyənə qədər dayanmaq niyyətində deyilik”

“Əgər biz adi müharibədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlanması demək olacaq”. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, bunu rusiyalı ideoloq Aleksandr Duqin deyib. O, “biz, bütün Ukrayna üzərində nəzarəti əldə etməyənə qədər dayanmaq niyyətində deyilik”,-deyə əlavə edib: “Bundan sonra heç bir diplomatik həll, vasitəçilik və ya danışıqlar bizə mane ola bilməz. Ona görə də bu gün Ukraynanı silahla təchiz edən hər kəs bilməlidir ki, onlar nüvə müharibəsi riskini artırırlar”.