25 İyul 17:20
12 Mart 2024 18:19
2 632
Yəmənin "Ənsar Allah" hərəkatı Qırmızı dənizdə ABŞ-yə məxsus "Pinocchio" adlı ticarət gəmisinə raket zərbəsi endiriblər.
Trend xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yahya Sariya hərəkata məxsus televiziya kanalının efirində deyib.
"Yəmənin hərbi-dəniz qüvvələri Qırmızı dənizdə əməliyyat keçirərək, ABŞ-nin "Pinocchio" gəmisini bir neçə gəmi əleyhinə raketlə vurub. Zərbələr dəqiq olub", - Sariya deyib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində husilərin raket zərbələrinin hədəfə düşmədiyini və "Pinocchio" gəmisinin zərər görmədiyini yazıb.
25 İyul 19:02
777
25 İyul 17:29
861
25 İyul 15:38
875