Vladimir Putin prezident seçkilərində 87,28 səs toplayıb Dünya

Vladimir Putin prezident seçkilərində 87,28 səs toplayıb

Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 100 faizi hesablandıqdan sonra seçicilərin 87,28 faizinin dəstəyini qazanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının saytında məlumat dərc olunub.

Məlumata əsasən, ikinci yerdə 4,32 faiz səslə Kommunist Partiyası fraksiyasından Dövlət Dumasının deputatı Nikolay Xaritonovdur.

Dövlət Dumasının vitse-spikeri, Yeni İnsanlar Partiyasının üzvü Vladislav Davankov 3,83 faiz səslə üçüncü yeri tutur.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) rəhbəri Leonid Slutski seçicilərin 3,2 faiz dəstəyini alaraq dördüncü yerdədir.